Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:35

Şəmkir şəhər yeri və Göytəpə ərazisi qoruq olacaq


Bu barədə Milli Elmlər Akademiyasının Şəmkir rayon Ekspedisiyasının rəhbəri Tarix Dostuyev məlumat verib. Bildirib ki, həmin ərazilərin qoruğa çevrilməsinə onların həm çox qədim, dəyərli və dünyəvi tarixə malik olması əsas yaradıb. Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə layihə hazırlanıb.

Tarix Dostuyev deyir ki, abidələr qoruq olandan sonra onun orada çalışanlar tərəfindən mühafizəsi həm onun abidə kimi qorunmasına xidmət edəcək, həm də ziyarətçilərin, turistlərin məlumatlandırılması işini sürətləndirəcək. Arxeoloq deyir ki, bu bölgəyə turist axınını da artırmağa rəvac verəcək.

Qeyd edək ki, Qazax rayonu ərazisində olan Göytəpədə erkən əkinçiliyə yəni neolit, enolit dövrünə aid yaşayış yeri tapılıb ki, bu da eramızdan əvvəl 6-4-cü minilliyi əhatə edir.

Orta əsr Şəmkir şəhər yerində də həm o dövrə aid istehkamlar, 3 tipli şəhər yeri və sair aşkarlanıb.
XS
SM
MD
LG