Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Erməni müğənni Bakıya gəlməyə hazırdı [VİDEO]


Ermənistan «Eurovision»un Bakı finalında iştirak edəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00
Direct-ə keçid

Ermənistan «Eurovision»un Bakı finalında iştirak edəcəkmi?

«Eurovision 2012» mahnı müsabiqəsində Ermənistanın təmsil olunub- olunmaması bu ölkədə müzakirə edilməkdədir. Namizədlər müsabiqədə iştirak etmək niyyətində olduqlarını bildirsələr də Bakıda yaxşı qarşılanmayacaqlarını düşünürlər.

Sosial şəbəkələrdə namizədlər sırasında ən şanslılardan biri sayılan «Dorians» rok-qrupun solisti Qor Sucyan AzadlıqRadiosunun Yerevan bürosuna deyib ki, necə qarşılanmasından asılı olmayaraq Bakıya getməyə hazırdır:

«BİZ ELƏ OĞLANLARDAN DEYİLİK Kİ...»

«Mən düşünürəm ki, orada yaxşı adamlar da var və bizimlə yaxşı rəftar edəcəklər. Həmin adamlar bizimlə düşmən olmaq istəmirlər. Yəqin ki, belə adamlar var və onların sayı çoxdur.

Bizə qəzəbli, mənfi münasibəti olanlar da az deyil. Biz buna da hazırıq. Azından biz səhnəyə çıxanda hər cür fitə basılmağa hazırıq, bu, təbiidir, belə şeylər olmalıdır. Biz elə oğlanlardan deyilik ki, özümüzü pis hiss edək, acıqlanaq. Biz Bakıya xoş əhvalla, yaxşı münasibətlə gedəcəyik».

BAKI TƏHLÜKƏSİZLİYƏ TƏMİNAT VERƏRSƏ...

Yerevanın küçələrində rəyi soruşulanların isə məsələyə münasibəti fərqlidir. Kimisi Ermənistanın Bakıda keçiriləcək müsabiqədə iştirakını vacib sayır, kimisi də bunun əksini düşünür.

– Ermənistan Bakıya nümayəndə göndərməməlidir, çünki bu ölkə ilə diplomatik münasibətimiz yoxdur.

– Məncə «Eurovision» müsabiqəsi keçirildiyinə görə Bakı iştiraka maneə yaratmamalıdır. Məncə orada iştirak bizə yaxşı imkan yaradacaq ki, yaxşı təmsil olunub şöhrətimizi təsdiqləyək.

– Bakı təhlükəsizliyə təminat verirsə, əlbəttə, iştirak etməliyik. Nə vaxtsa qarşılıqlı səfərlər başlanmalıdır.

– Bu məsələdə siyasət axtarmaq lazım deyil. Yaxşı olar ki, Ermənistan müsabiqəyə qatılsın. İştirakçının kim olmasından asılı olmayaraq, müsabiqəyə qatılmaq və ən yaxşı çıxış etmək lazımdır.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə hesab edir ki, «Eurovision 2012» mahnı müsabiqəsi iştirakçılarının, eləcə də bütövlükdə bu beynəlxalq tədbirin təhlükəsizliyinin yüksək səviyyədə təşkil edilməsinə heç kimdə şübhə olmamalıdır.

NƏİNKİ TƏHLÜKƏSİZLİK, HƏTTA MƏİŞƏT QAYĞILARI DA NƏZƏRƏ ALINIB

İsmayıl Ömərov
İsmayıl Ömərov
««Eurovision 2012» beynəlxalq tədbirdir. Azərbaycana gələn bütün iştirakçıların təhlükəsizliyi hüquq- mühafizə orqanları tərəfindən yüksək səviyyədə təmin olunacaq».

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru, «Eurovision 2012» mahnı müsabiqəsinin təşkilat komitəsinin üzvü İsmayıl Ömərov deyir ki, iştirakçıların nəinki təhlükəsizliyi, hətta məişət qayğılarının həllinin də yüksək səviyyədə təşkili üçün Azərbaycan tərəfindən istənilən tədbir görülüb və bu iş davam etdirilir. Bu barədə Avropa Yayımlar Birliyinə təminat məktubu da verilib:

HAZIRLIQ İŞLƏRİ HƏRTƏFƏRLİ GEDİR

«Azərbaycanda «Eurovision»la əlaqədar indiki hazırlıq işlərinin gedişatı bütün iştirakçı tərəfləri-Avropa Yayım Birliyini, Azərbaycanı və iştirakçı dövlətlərin burada olan nümayəndəliklərinin hamısını razı salıb. Konkret iş ondan ibarətdir ki, bizdə hazırlıq işləri hərtərəfli-həm təhlükəsizlik, həm yaradıcılıq, həm də təminat məsələləri üzrə yüksək səviyyədə gedir. Əgər kimsə gəlib bu hazırlığı görməyib, narazıdır və hansısa fikirlər səsləndirirsə, bu, artıq onun özünün qayğısıdır və səhv yanaşmadır».

İsmayıl Ömərovun sözlərinə görə, Avropa Yayım Birliyinin işçi heyəti, baş prodüsseri, məşvərət qrupunun üzləri –yəni Bakıda olub «Eurovision 2012»nin təşkilat komitəsinin hesabatını dinləyən, hazırlıq işləri ilə tanış olan qurumlar da Azərbaycanda çox yüksək səviyyəli bir şou düzənlənəcəyinə inandıqlarını etiraf ediblər.

Ermənistanı Bakıda təmsil edəcək iştirakçının adı martın 18-də elan olunacaq.
XS
SM
MD
LG