Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:26

Latviyada rus dili ilə bağlı referendumun nəticəsi təsdiqlənəcək


Latviyanın mərkəzi seçki komitəsi ölkədə rus dilinin ikinci rəsmi dil elan olunması ilə bağlı keçirilmiş referendumun nəticələrini bu gün təsdiqləməyi planlaşdırır.

“İnterfaks”ın məlumatına görə, komitənin iclasında həm də fevralın 18-də keçirilmiş səsvermə ilə bağlı şikayətlərə də baxılacaq.

Referendumun ilkin nəticəsinə görə, Latviyada rus dilinin ikinci rəsmi dil kimi təsdiqlənməsinin lehinə 25 faiz seçici səs verib, qalanı isə əleyhinə olub.
XS
SM
MD
LG