Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 15:07
Təhsil Nazirliyi müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı təklifləri hökumətə təqdim edib.

Bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda təkliflər Nazirlər Kabinetindədir:
“Burada müəyyən ekspertiza keçirildikdən sonra müvafiq qərar veriləcək. Müəllimlərə hazırda bu və ya digər dövlət idarələrində çalışan dövlət qulluqçularının statusuna yaxın bir status verilməlidir. Burada bütün məsələlər öz əksini tapmalıdır. Bizim müəllim nüfuzunu qaldırmaqdan savayı yolumuz yoxdur. Burada müəllimlərin sosial müdafiəsi və digər məsələlər də öz əksini tapmalıdır”.

Nazir bildirib ki, bu status yaş senzi ilə əlaqədar olaraq işdən çıxarılan müəllimlərə də şamil ediləcək.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG