Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:53

Karzai Talibanı birbaşa danışıqlara çağırıb


Əfqanıstan prezidenti Hamid Karzai Taliban liderlərini birbaşa danışıqlara, Pakistan rəhbərliyini isə danışıqlara kömək etməyə çağırıb.

Karzai bundan əvvəl deyirdi ki, onun hökuməti Talibanla hər gün danışıqlardadır, Taliban lideri Molla Ömərlə isə dolayı təmasda olub.

Əfqanıstanın Ali Sülh Şurasının üzvü İsmail Qasim Yar deyib ki, sülh danışıqlarına optimist baxır.
Onun sözlərinə görə, bu yaxınlara kimi Taliban deyirdi ki, Əfqanıstanda ABŞ əsgərləri qaldıqca, danışıqlara başlamayacaq, ancaq indi neçə aydır ki, Taliban ABŞ rəsmiləri ilə danışıqlar aparır.
XS
SM
MD
LG