Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Dekabr, bazar, Bakı vaxtı 19:41

Neftin qiyməti ən yüksək həddə çatıb


Neftin qiyməti son 9 ay ərzində ən yüksək həddə çatıb. İndi Asiya bazarlarında neftin bir barelinin qiyməti 105 dollardır.

Şənbə günü İranın neft nazirliyi Britaniya və Fransa şirkətlərinə neft satışını dayandırdığını bildirib. Bundan əvvəl Avropa Birliyi iyulun 1-dən İrandan neft alınmasının dayandırılması barədə qəbul edib.

İran buna qədər istehsal etdiyi neftin təxminən 20 faizini Avropa Birliyi ölkələrinə satırdı.
XS
SM
MD
LG