Keçid linkləri

Təcili xəbərlər
2021, 22 İyun, çərşənbə axşamı, Bakı vaxtı 05:22

Tymishenkonun qızı anasının həyatından narahat olduğunu deyir


Ukraynanın keçmiş Baş naziri, hazırda həbsdə olan Yulia Tymoshenkonun qızı bildirir ki, həbsxanadakı pis şəraitə görə anasının ölə biləcəyindən narahatdır.

Yevhenia Tymoshenko deyir ki, Ukrayna hakimiyyəti Almaniya və Kanada həkimlərindən ibarət həkim-ekspert qrupunun onun anasının səhhəti barədə rəyini ört-basdır edir.

Ukraynanın Səhiyyə Nazirliyi bildirir ki, Tymoshenkonun səhhəti kifayət qədər normalıdır. Amma yaxınları keçmiş Baş nazirin kəskin bel ağrılarından əziyyət çəkdiyini, buna görə də ayağa qalxa, ya da otura bilmədiyini deyirlər.
XS
SM
MD
LG