Keçid linkləri

2026, 20 May, çərşənbə, Bakı vaxtı 23:38

"Bakcell" Bakıda telefonun batareyasını dolduran aparatlar quraşdıracaq

Bu ilin mart ayından etibarən «Bakcell» şirkəti Azərbaycanda ilk dəfə mobil telefonların batareyasını enerji ilə təmin etmək üçün xüsusi aparatlar quraşdıracaq.

Şirkətdən «APA-ECONOMICS»ə verilən məlumata görə, bu unikal imkandan bütün mobil telefon istifadəçiləri pulsuz yararlana biləcək: «Hər bir aparatın korpusunda müxtəlif markalı mobil telefonlar üçün 6 ədəd batareya doldurucusu yerləşdirilib. Batareyası sönmüş telefonu yenidən aktiv etmək üçün onu 5-10 dəqiqə aparatda saxlamaq lazımdır».

İlkin olaraq sözügedən aparatlar paytaxtın 25 nöqtəsində quraşdırılacaq.
XS
SM
MD
LG