Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:13

Türkiyəli biznesmen Bakıda dəm qazından boğularaq ölüb


Türkiyə vətəndaşı Bakıda dəm qazından boğulub.

Bu barədə «APA»ya Nəsimi rayon Prokurorluğundan bildirilib.

Hadisə fevralın 17-si gecə, rayonun E.Ovçuyev küçəsi, ev 3, mənzil 28-də qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan Türkiyə vətəndaşı, 47 yaşlı Hasan Kandilci hamamda çimərkən dəm qazından boğularaq ölüb. Onun meyiti hadisə baş verəndən xeyli sonra vanna otağında aşkarlanıb. Mərhumun Azərbaycanda bizneslə məşğul olduğu bildirilir.

Araşdırma aparılır.
XS
SM
MD
LG