Keçid linkləri

2025, 19 Aprel, şənbə, Bakı vaxtı 16:12

Məhbus müxalifətçi üçün Valentine flashmobu (VİDEO)


Ruslan Bəşirli üçün sevgi flashmobu
Gözlə

No media source currently available

0:00 0:02:45 0:00
Direct-ə keçid

Ruslan Bəşirli üçün sevgi flashmobu

Ruslan Bəşirli ilə sevgililər günü həmrəylik keçirən bir qrup gənc Bakının mərkəzində polis təzyiqi altında tədbirlərini keçirə bildi.

Fevralın 14-də Fəvvarələr Meydanında bir qrup gənc əllərində şarlar, ürək simvolları ilə flashmob keçirməklə həbsdə olan gənc fəal Ruslan Bəşirlini Sevgililər Günü münasibəti ilə təbrik ediblər. Onlar 8 ildir həbsdə olan Ruslana və nişanlısı Vüsaləyə dəstəklərini nümayiş etdiriblər.

Polis ürək simvollarını gənclərin əlindən alsa da, onların qaval çala-çala Fəvvarələr Meydanında hərəkətlərinə mane olmayıb.

«Yeni Fikir» Gənclər Təşkilatının sədri, AXCP üzvü olan Ruslan Bəşirli 2005-ci ilin avqustunda həbs olunub. O, Cinayət Məcəlləsinin 278-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) ilə təqsirləndirilərək 7 il azadlıqdan məhrum edilib. Hazırda 1 saylı cəzaçəkmə yerində saxlanılır.

HƏMÇİNİN OXU:


Ruslan Bəşirlinin nişanlısı altı ildir yol gözləyir
Ruslan Bəşirli həbsxanada «Quran» oxuyur, namaz qılır
Ruslan Bəşirli 7 il azadlıqdan məhrum edilib
XS
SM
MD
LG