Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:14

Milyarder "Exo Moskvı" jurnalistlərinə yardım təklif edir


Venediktov və Putin
Venediktov və Putin
“Exo Moskvı” radiosunun baş redaktoru Aleksey Venediktov əmindir ki, Putin radiostansiyanı məhv etməyə heç bir göstəriş verməyib.

Venediktov İnterfaks agentliyinə deyib: “Mən təkcə belə fikirləşmirəm. Mən bilirəm ki, Putin "Exo Moskvı"nı məhv etməyə göstərişlər verməyib”.

“Əhvalat belədir ki, Putin radionu tənqid etməyə başlayanda bəzi rəsmilər bunu hərəkət üçün işarə hesab etdilər”.

Radiostansiyanın əsas səhmdarı olan Qazprom-Media holdinq şirkəti "Exo Moskvı" radiosunun direktorlar şurasının buraxılmasını, bu şuraya daxil olan müstəqil direktorların şuradan çıxarılmasını tələb edib.

Bundan sonra radiostansiyanın baş redaktoru Venediktov və onun müavini
Varfolomeyev direktorlar şurasından çıxdıqlarını bildirdilər.

Venediktov deyib ki, o, radionun baş redaktorluğunda daha iki il qalmaq fikrindədir. Çünki Qazprom–Media baş redaktorun dəyişdirilməsini tələb etməyib.


Mixail Proxhorov
Mixail Proxhorov
Prezidentliyə namizəd milyarder Proxorov "Exo Moskvı"nın jurnalist heyətinə yardım təklif edib.

O, öz bəyanatında bildirir ki, jurnalistlərin "Exo Moskvı"-da Qazprom-Mediaya məxsus payı almalarına kömək edə bilər.

O, Qazprom-Medianın əlində olan səhmləri almaq üçün yaradıcı heyətə əlverişli kredit təklif edir.
XS
SM
MD
LG