Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:57

Venediktov Putində günah görmür


“Exo Moskvı” radiosunun baş redaktoru Aleksey Venediktov əmindir ki, Putin radiostansiyanı məhv etməyə heç bir göstəriş verməyib.
Venediktov İnterfaks agentliyinə deyib: “Mən təkcə belə fikirləşmirəm. Mən bilirəm ki, Putin Exo Moskvını məhv etməyə göstərişlər verməyib”.

“Əhvalat belədir ki, Putin radionu tənqid etməyə başlayanda bəzi rəsmilər bunu hərəkət üçün işarə hesab etdilər”.

Radiostansiyanın əsas səhmdarı olan Gazprom-Media holdinq şirkəti Exo Moskvı radiosunun direktorlar şurasının buraxılmasını, bu şuraya daxil olan müstəqil direktorların şuradan çıxarılmasını tələb edib.

Bundan sonra radiostansiyanın baş redaktoru Venediktov və onun müavini Varfolomeyev direktorlar şurasından çıxdıqlarını bildirdilər.

Venediktov deyib ki, o, radionun baş redaktorluğunda daha iki il qalmaq fikrindədir.
XS
SM
MD
LG