Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:44

İçərişəhərdə muzeydə partlayış olub, «Azəriqaz»ın 4 əməkdaşı yaralanıb


İçərişəhərdə partlayış baş verib.

Bu barədə «APA»ya Səbail rayon Polis İdarəsindən bildirilib.

Hadisə fevralın 13-ü Böyük Qala küçəsi 13/15 ünvanında yerləşən muzeydə qeydə alınıb. Həmin ünvanda «Azəriqaz» QSC-nin əməkdaşları qaz sayğacı quraşdıran zaman anidən partlayış baş verib. Nəticədə «Azəriqaz»ın 4 əməkdaşı müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Araşdırma aparılır.
XS
SM
MD
LG