Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:19

Suriya sülhməramlıların yeridilməsi təklifini rədd edib müxalifləri bombalamağı davam etdirir


Bashar al Assad rejimi Ərəb Liqasının təklifini rədd eləyəndən sonra müxalifləri bombalamağı davam etdiriblər. Hüquq müdafiəçiləri bildirirlər ki, hökumət qoşunları Homs və Rastan şəhərinə havadan zərbələr endirir, quru qoşunları isə Dəməşqin cənubunda geniş əməliyyatlar keçirir.

Ərəb Liqası təcili olaraq Suriyaya sülhməramlı qüvvələrin yeridilməsini və müxalifətlə birbaşa danışıqlara başlamağı təklif eləmişdi. Suriya hökuməti isə planı qəti olaraq rədd elədiklərini bildirib.

Rusiya Xarici İşlər naziri Sergei Lavrov fevralın 13-də bildirib ki, hər hansı sülhməramlıların yeridilməsindən öncə atəşkəs üçün zəmin hazırlanmalıdır.
XS
SM
MD
LG