Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 07:06

Havanın temperaturu yüksəlir, bəzi rayonlarda 10 dərəcə isti gözlənilir


Bakı və Abşeron yarımadasında fevralın 14-də mülayim cənub küləyi əsəcək. Gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.

Fevralın 13-dən 14-nə keçən gecə yarımadanın bəzi yerlərində az yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Fevralın 15-də hava gündüz əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 14-də hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 0-5 dərəcə şaxta olacaq.

Gecə və səhər yollar buz bağlayacaq.

Fevralın 15-də də bölgələrdə hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. /Hidrometeoroloji Proqnozlar Bürosu/
XS
SM
MD
LG