Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:14

Ərəb Dövlətləri Liqası Suriyadakı vəziyyəti müzakirə edir


Etirazçılar Suriya prezidentinin istefasını tələb edirlər
Etirazçılar Suriya prezidentinin istefasını tələb edirlər
Ərəb Dövlətləri Liqası ölkələrinin xarici işlər nazirləri Qahirədə Suriyadakı vəziyyəti müzakirə edirlər.

Son günlər Homs şəhərində vəziyyət daha da gərginləşib, qonşu Livanda isə prezident Bashar Assadın tərəfdarlarıyla əlehdarları arasında toqquşmalar gedir.

Bu ərəfədə paytaxt Dəməşqdə ordu generalı İssa al Kuli qətlə yetirilib.

İraq daxili işlər nazirinin müavini Adnan al Assadi şənbə günü bildirib ki, ölkədəki ekstremist qüvvələr Bashar Assad rejimilə savaşmaq üçün Suriyaya gedirlər.

Rusiya ilə Çin fevralın 4-də BMT-nin təhlükəsizlik şurasında Bashar Assadı istefa verməyə çağıran qətnamə layihəsinə veto qoyublar.

Bazar ertəsi BMT-nin Baş Assambleyasında Suriyadakı vəziyyət müzakirə olunacaq.
XS
SM
MD
LG