Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Ahmadinejad: «Yaxın günlərdə nüvə layihəsi təqdim olunacaq»


Mahmoud Ahmadinejad
Mahmoud Ahmadinejad
Mahmoud Ahmadinejad deyib ki, Tehran «yaxın günlərdə vacib nüvə layihəsini» təqdim edəcək.
Fevralın 11-də İran İnqilabının 33-cü ildönümü münasibətilə keçirilən yığıncaqda İran prezidenti Mahmoud Ahmadinejad deyib ki, «Biz yaxın günlərdə İranın yeni nüvə layihələrinin açılışına və əməliyyatlarına şahidlik edəcəyik».
Ahmadinejad layihələrin ictimaiyyətə hansı yolla açıqlanacağı barədə detallı məlumat verməyib. Amma aydındır ki, nüvə silahı texnologiyasının inkişafı ilə bağlı istənilən xəbər İranın onun bu layihəsinə qarşı çıxan ölkələrlə münasibətlərini gərginləşdirəcək.
BMT Beynəlxalq Atom Enerji Agentliyi ötən ilin noyabrında məlumat vermişdi ki, İran uranın 20 faiz zənginləşdirilməsinə nail olur. Bu, mülki nüvə yanacağı üçün olan səviyyədən yuxarıdır, amma hələ ki, atom silahı almaq üçün lazımi səviyyə deyil.
Qərb ölkələri İranın müvə silahı əldə edə biləcəyindən narahatdır.
Fevralın 11-dəki yığıncaqda Ahmadinejad ABŞ və İsraili kəskin tənqid edib. Deyib ki, ABŞ və Qərb dünyada «dominatlıq etmək» planının bir hissəsi kimi «Xolokost adlanan hekayə» yaradıb.
30 minə qədər adamın toplaşdığı mərasimdə kütlə «Amerikaya ölüm», «İsrailə ölüm» sözləri yazılmış plakatlar qaldırıb, şüarlar səsləndiriblər.
Fevralın 11-də İranın dövlət televiziyası 1979-cu ildə baş vermiş inqilabın ildönümü münasibətilə on minlərlə adamın toplaşdığı hakimiyyətyönümlü nümayişləri göstərib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG