Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:46

Vatikan arxivindən Bakiya gətirlən sənədlər tərcümə edilir


Fərid Ələkbərli
Fərid Ələkbərli
Vatikanın gizli arxivindən Azərbaycana gətirlən sənədlər tərcümə edilir.

“Tərcümə xeyli vaxt aparacaq. Bunlar qədim sənədlərdir və çox keyfiyyətli tərcüməyə ehtiyacı var”.

Bu sözləri APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli söyləyib.
Onun sözlərinə görə, bu sənədlər XV-XVI əsrlərə, Səfəvilər dövləti dövrünə aiddir
Sənədlər ötən il dekabrın 7-də Vatikanın məxfi arxivindən Bakıya gətirilib.

Fərid Ələkbərli sənədlərin tərcümə olunması ilə bağlı siyahının artıq müəyyənləşdirildiyini bildirib. Sənədlər həmin siyahı əsasında ardıcıl şəkildə dilimizə çevriləcək.

İlkin olaraq latın dilində olan sənədlərin tərcüməsinə başlanılıb.

Fərid Ələkbərli Vatikan arxivlərində Azərbaycana aid sənədlərin bərpasının da gerçəkləşdirildiyini bildirib.

Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilən bərpa prosesini Vatikanın yerli mütəxəssisləri aparır.

Artıq bərpaya təqdim edilən 40 əlyazmanın yarısı bərpa edilib.

F. Ələkbərli bildirib ki, Vatikan arxivlərində Azərbaycanla bağlı araşdırmalar davam edəcək.

Ancaq araşdırmaların nə zaman başlayacağı və konkret hansı dövrləri əhatə edəcəyi bəlli deyil.

Xatırladaq ki, Vatikanın məxfi arxivlərində Azərbaycana aid tapılan sənədlər ümumilikdə 1000 səhifə həcmindədir.

Bu sənədlər Elxanilər, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Qacarlar dövlətlərinin hökmdarlarının Vatikana məktubları və onlara yazılmış cavab məktubları, Vatikandan sözügedən dövlətlərin hökmdarlarına məktublar və onlara yazılmış cavablar, müxtəlif missionerlərin Azərbaycandakı siyasi cərəyanlarla bağlı gizli hesabatları və sairdən ibarətdir.
XS
SM
MD
LG