Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:38

Keçmiş senator Rick Santorum üç ştatda qalib gəlib


ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq uğrunda mübarizə aparan keçmiş senator Rick Santorum Colorado, Minnesota və Missouri ştatlarında keçirilmiş praymerizlərdə qalib gəlib.

Çərşənbə axşam keçirilmiş praymerizlərdən sonra sonra Rick Santorum çıxış edərək Respublikaçılar Partiyasından Obamaya qarşı rəqib olacaq ən yaxşı namizədin özü olduğunu bildirib: “Ümid edirəm ki, siz bizim mesajlarımızı dinləyirsiniz. Əgər dinləyirsinizsə, görürsünüz ki, səhiyyə, ətraf mühit, ticarət və Wall Street məsələləri ilə bağlı Mitt Romneyin fikirləri Obamanın mövqeyi ilə eynidir. Ona görə də Romney bu məsələləri həll edəcək və sizin azadlıq uğrunda səsləriniz üçün mübarizə aparacaq heç də ən yaxşı namizəd deyil”.
XS
SM
MD
LG