Keçid linkləri

2026, 25 May, bazar ertəsi, Bakı vaxtı 08:47

Suriya ordusu Homs şəhərini atəşə tutmaqda davam edir

Suriya ordusu artıq beşinci gündür ki, Homs şəhərinin yaşayış məntəqələrini atəşə tutur. Londonda yerləşən Suriya Hüquq Müdafiə Təşkilatı onlarla adamın öldürüldüyünü bildirir. Şəhər sakinlərindən birinin verdiyi məlumata görə, yaşadığı məhəlləyə tanklardan atəş açılır.

Bir sıra Avropa və Fars körfəzi Əməkdaşlıq Şurası ölkələri Suriyadakı səfirlərini geri çağırır. Altı körfəz ölkəsi dünən Suriyadakı səfirlərini geri çağıracaqlarını bildiriblər.

İtaliya, Fransa və İspaniya, ABŞ və Böyük Britaniyanın ardınca eyni addımı atırlar.

Birləşmiş Ştatlar bazar ertəsi Dəməşqdəki səfirliyini bağlayıb.
This item is part of
XS
SM
MD
LG