Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:34

İraqda sünni nazirlər baykotu dayandırıb


İraq sünnilərini təmis edən nazirlər çərşənbə axşamı şiələrin çoxluq təşkil etdiyi hökumət iclaslarının baykotunu dayandırıblar.

Baş nazir Nuri al Malikinin mətbuat xidməti sünni nazirlərin bu addımını alqışlayıb.

Əl İraqiyə partiyası ötən ilin dekabrında sünni vitse-prezident Tarik al Hasheminin həbsinə order verildikdən sonra parlament və hökumət iclaslarını baykot edirdi.

İttihamı rədd edən Hashemi ölkənin şimaləndakı Kürd muxtar regionuna qaçıb.

ABŞ ordusu ötən ilin dekabrında İraqdan çıxarıldıqdan sonra ölkədə siyasi böhran daha da dərinləşib.
XS
SM
MD
LG