Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:47

İsrail birləşmə qərarı alan fələstinlilərlə danışıq yolunun qapandığını deyir


Fələstinin iki partiyası FƏTH və HƏMAS muxtariyyətinin lideri Mahmud Abbasın rəhbərliyi altında vahid hökumət qurmaq haqda razılığa gəliblər.

Razılıq bu gün Qatarda iki partiya rəhbəri arasında keçirilən danışıqlar zamanı əldə olunub. 4 ildən çox idi ki, Həmas Qəzza zolağına, Fəth isə İordan çayının Qərb sahilindəki Fələstin torpaqlarına nəzarət edirdi.

May ayında isə Fələstində parlament və prezident seçkiləri keçiriləcək.

İsrail isə bildirib ki, Həması terrorçu təşkilat saydıqlarından onların iştirak elədiyi heç bir hökumətlə sülh danışığı aparmayacaqlar. Və Prezident Mahmud Abbas Həmasla hakimiyyət bölgüsünə getməklə İsraillə danışıqlar yolunu bağlayıb.

Rumıniyanın baş naziri Emil Boc istefa verib. O “ölkədəki sosial və siyasi gərginliyi azaltmaq üçün” istefa verdiyin bildirib.

Yanvarın sonlarında Rumıniyada hökumət əleyhinə nümayişlər keçirilmişdi.

Aksiyaçılar prezident və baş nazirin istefasını tələb etmişdi. Onlar ölkədəki iqtisadi böhranın yaratdığı çətinliklərə etiraz edirdilər.
XS
SM
MD
LG