Keçid linkləri

2025, 17 Fevral, Bazar ertəsi, Bakı vaxtı 12:53

Bakıda yeni çovğun gözlənir


Arxiv foto
Arxiv foto
Bakıda şaxtalı hava şəraiti fevralın 5-dən sonra da davam edəcək.

Bu barədə «Trend»ə Milli Hidrometeorologiya Departamentindən bildiriblər.

Bakıda fevralın 4, 5, 6-da gecə saatlarında 5-10 dərəcə şaxta olacaq.

Fevralın 4-5-də gündüz saatlarında temperatur 0 dərəcədən mənfi 1 dərəcəyədək şaxta təşkil edəcək.

Fevralın 6-da gündüz saatlarında temperatur müsbət 2 dərəcəyə qədər artsa da, fevralın 7-dən yenidən havanın kəskin pisləşəcəyi proqnozlaşdırılır. Qarlı və şaxtalı hava şəraiti çovğunla müşahidə olunacaq.
XS
SM
MD
LG