Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

Orta məktəblərdə dərslər təxirə salınıb


Bakıda qar çovğunu
Gözlə
Embed

No media source currently available

0:00 0:01:07 0:00
Direct-ə keçid
Bakıda və Abşeron yarımadasında şimal küləyi ilə müşayiət olunan güclü qar yağır, çovğundur. 0-3 dərəcə şaxta var.

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, şaxtalı hava şəraiti fevralın 5-dək davam edəcək.

Azərbaycanın rayonlarında gündüz 3, gecə 12-17 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23 dərəcə şaxta olacağı gözlənilir.

Azərbaycandakı qarlı çovğunlu hava şəraiti ilə bağlı fevralın 6-na qədər orta məktəblərdə dərslər təxirə salınıb. Bununla bağlı Təhsil naziri Misir Mərdanov əmr imzalayıb.

Nazirin əmri ilə Aran bölgəsində fevralın 4-də 9-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan sınaq imtahanları da başqa vaxt keçiriləcək. İmtahanların keçirilmə tarixi yaxın günlərdə açıqlanacaq.

Hava şəraiti ilə bağlı Bakı aeroportunda da bir sıra aviareyslər, Bakıdan Rusiya istiqamətinə işləyən bir sıra avtobus reysləri də təxirə salınıb.
XS
SM
MD
LG