Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Səfir Elin Süleymanov Cons Hopkins Universitetində suallara cavab verir


Arxiv foto
Arxiv foto
Fevralın 1-də Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Vaşinqtonda Cons Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Tədqiqatlar Məktəbində çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyinin məlumatında deyilir ki, Elin Süleymanov Azərbaycanın müstəqilliyinin bərpasından keçən 20 il ərzində ölkənin inkişafından, regional miqyaslı layihələrdən danışıb.

Ermənistan-Azərbaycan münasibətlərindən danışan səfir Minsk Qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın Qarabağ münaqişənin həllində daha fəal olacağına ümid etdiyini bildirib.

«Münaqişəyə baxmayaraq, Azərbaycanda çoxlu erməni mənşəli insan yaşayır» deyən səfir qeyd edib ki, müxtəlif dinə və etnik kimliyə malik insanların yaşadıqları Azərbaycan bir çox dövlətlər üçün örnəkdir.

Universitet müəllim və tələbələrinin, ABŞ Dövlət Departamentinin, Müdafiə Nazirliyi əməkdaşlarının iştirak etdiyi tədbirdə Elin Süleymanov iştirakçıların suallarını da cavablandırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG