Keçid linkləri

2025, 13 May, çərşənbə axşamı, Bakı vaxtı 00:41

Azərbaycanın ABŞ-dakı səfirliyində 20 yanvar faciəsi anılıb


Azərbaycanın ABŞ-dakı səfirliyi
Azərbaycanın ABŞ-dakı səfirliyi
Azərbaycanın ABŞ-dakı səfilində 20 yanvarla bağlı anım mərasimi keçirilib.

Tədbirdə səfiri Elin Süleymanov 20 yanvar hadisələrinindən, SSRİ-nin süqutundan danışıb. Səfir deyib ki, həmin gün həyatlarını Azərbaycanın müstəqilliyi uğrunda qurban verənlər xalqın qəlbində daima yaşayacaqlar.
Elin Süleymanovun sözlərinə görə, həmin qırğını törədənlər Azərbaycan xalqının mübarizə ruhunu sarsıtmaq və azadlıq eşqini söndürmək istəsələr də, öz məqsədlərinə nail ola bilmədilər. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdi.
Tədbir iştirakçıları
Tədbir iştirakçıları
Həmin dövrdə ABŞ dövlət katibinin SSRİ üzrə xüsusi müşaviri vəzifəsində çalışmış Pol Qobl 20 yanvar faciəsi ilə bağlı Vaşinqtondakı münasibət barədə xatirələrini danışıb. P.Qobl Sovet rəhbərliyinin, xüsuilə M.Qorbaçovun vətəndaş qırğını törətməsini «dövlət terrorçuluğu» kimi qiymətləndirib.

Mərasimdə ABŞ-ın müxtəlif hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, KİV təmsilçiləri, Azərbaycan diasporunun üzvləri və Vaşinqtonda və Virciniyada təhsil alan azərbaycanlı tələbələr iştirak edib.




XS
SM
MD
LG