Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:10

Ərdoğan məşhur Amerika yazıçısını cahillikdə suçladı


Ərdoğan və Auster
Ərdoğan və Auster
Hər şey ondan başladı ki, məşhur Amerika yazıçısı Paul Auster “Hürriyyət” qəzetinə müsahibəsində Türkiyəyə səfər etməyəcəyini dedi.

Bu günlərdə Austerin “Qış gündəliyi” əsəri türkcəyə çevrilərək çap edilib. Özü də kitabın Amerikadakı çapından da əvvəl.

Yazıçının öz yeni kitabını şəxsən tanıtmaq üçün Türkiyəyə gələcəyi gözlənilirdi.

Amma Auster qəzetə deyib ki, söz azadlığının pozulduğu, yüzəcən yazarın həbsdə olduğu ölkəyə getməyəcək. Necə ki Çinə getmir.

Bununla da, onun sözlərinə görə, belə hökumətlərə etirazını bildirir.

Bu müsahibə Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğanı özündən çıxarıb.

O, hakim Ədalət və İnkişaf Partiyasının toplantısında Auster-in dediklərinə ironiyalı reaksiya verərək yazıçını cahillikdə suçlayıb.

"Aman! Biz sənə çox möhtacıq. Gəlsən nə olacaq, gəlməsən nə? Türkiyə nüfuzdanmı düşəcək?..

Bu yazar 2010-cu ildə İsrailə gedibmiş. İsrail guya demokratik, insan hüquqlarına sərhəd qoyulmayan ölkədir. Qəzzaya bombalar yağdıran bunlar deyilmi? Bunlar fosfor bombaları, kimyəvi silah istifadə edən deyillərmi. Sən bunları necə görməyə bilərsən?”

Paul Aster fevralın 1-də Ərdoğanın dediklərinə bəyanatla cavab verib:

“Baş nazirin İsrail dövləti haqda nə düşünməsindən asılı olmayaraq, fakt budur ki, İsraildə söz azadlığı mövcuddur və həbsə yazıçı, jurnalist yoxdur. International PEN-in məlumatına görə, Türkiyədə yüzəcən yazar həbsdədir. Həmçinin Ragip Zarakolu kimi müstəqil naşirlər...

Bütün ölkələrdə həllini gözləyən çoxlu problemlər var. O cümlədən mənim yaşadığım, ABŞ, eləcə də Türkiyədə. Amma biz öz ölkələrimizdə kişi və qadınların müqəddəs haqqı olan söz azadlığı, yəni həbs qorxusu olmadan və senzurasız şəkildə istədiyini demək və çap etmək hüququ ilə bağlı vəziyyəti yaxşılaşdırmalıyıq”.
XS
SM
MD
LG