Keçid linkləri

2025, 28 Mart, Cümə, Bakı vaxtı 03:58

Vahid Qaziyə hücum edilib


Vahid Qazi / Foto: Mediaforum.az
Vahid Qazi / Foto: Mediaforum.az
«İnam» Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi fevralın 1-də Ziyalılar Forumunun toplantısından çıxandan bir neçə dəqiqə sonra 2 nəfərin hücumuna məruz qalıb. Hadisə İçərişəhərdə baş verib.

Bu haqda AzadlıqRadiosuna Vahid Qazi belə deyib: «Əvvəl fikirləşdim ki, yolkəsəndilər, pul istəyəcəklər. İçərişəhərin qaranlıq tinlərindən biriydi. Biri getdi tində durdu, o biri qabağımı kəsdi və divara dirədi. Çox güclüydü, istəsəydi məni döyə bilərdi, rusca, küçə ifadəsi ilə danışırdı, təxminən dedi ki, «qudurmusan», «həddini aşmısan»? Bilmirəm bəlkə təsadüfdür, ya səhv salıblar? Nəsə qaranlıq qaldı».

Vahid Qazi Ziyalılar Forumunun toplantısında iştirak etsə də, orda çıxış etməyib. Tədbiri canlı yayımlayan AzadlıqRadiosuna isə deyib ki, «yeraltı sərvət neftdirsə, yerüstü sərvətimiz gənclərdir». Amma Vahid Qazi siyasi mövqeyinə görə hədəylə üzləşdiyini düşünmür. Hadisəylə bağlı polisə müraciət etmək fikri də yoxdur: «Fikirləri olsa, bir də gələcəklər».

Ziyalılar Forumu hakimyyəti tənqidi mövqeyi ilə seçilir. Ötən ilin sonunda onun rəhbərliyində təmsil olunan professor Rafiq Əliyev işdən çıxarılıb.

Forumun «Hyatt Regency»«Hilton» otellərində tədbir keçirmələri ilə bağlı razılaşma olsa da, son anda pozulub. Nəhayət Ziyalılar Forumu tədbiri dramaturq Rüstəm İbrahimbəyovun İçərişəhərindəki evində keçirməli olublar.
XS
SM
MD
LG