Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:32

Putin elm və texnologiyalara investisiya vəd edir


Mart ayındakı seçkidə prezidentliyə əsas namizəd olan Rusiyanın Baş naziri Vladimir Putin elm və texnologiyaların inkişafı üçün 10 illik investisiya proqramını élan edib. Vedemosti qəzetində çap olunan məqalədə Putin vəd verib ki, 2018-ci ilə qədər bu sahəyə qoyulan investisiyaların həcmini 25 milyard rubl – 823 milyon dollara çatdıracaq.

Putin ölkənin investisiya mühitinin yetərli olmadığını və indiki prezident Dmitry Medvedevin apardığı islahatların da bu mühiti düzəltmədiyini deyib. Baş nazir ümumilikdə dövlətin özünün, icra və ədliyyə sisteminin islah olunması gərəkdiyini vurğulayıb.
XS
SM
MD
LG