Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 09:37

İlham Əliyev Davosda nələr dedi?


İlham Əliyev
İlham Əliyev
Prezident İlham Əliyev Davos İqtisadi Forumunda Azərbaycana həsr olunan interaktiv sessiyada iştirak edib.

«Ölkə uğurla inkişaf edir. Son bir neçə ildə iqtisadi inkişaf göstəriciləri doğrudan da heyranedicidir: 2004-cü ildən etibarən bu, 300 faiz təşkil edib. Əlbəttə, biz anlayırıq ki, bu artımın ən böyük hissəsi neft və qaz sektorunun payına düşür. Bu da 20 ildir müstəqil yaşayan bir ölkə üçün təbii haldır», - deyə prezident sözə başlayıb.

ÜDM İKİQAT ARTACAQ

İlham Əliyev qarşısında duran yeni məqsəddən də danışıb:

«Məqsəd artıq üç dəfə artmış ümumi daxili məhsulu yenidən ikiqat artırmaqdır. Lakin iqtisadiyyatı əsasən qeyri-enerji sektorunun inkişaf etdirilməsi hesabına ikiqat artırmaq istəyirik. Neft və qazı hasil edən ölkə kimi biz həmişə ümumi daxili məhsula qeyri-enerji və enerji ümumi daxili məhsulu nöqteyi-nəzərindən baxırıq. Beləliklə, keçən il qeyri-neft sənayesi 11 faiz, qeyri-neft sektoru isə 9 faiz artıb. Məqsədimiz ölkənin müasirləşdirilməsi, şaxələndirilməsi və növbəti 10-12 il ərzində sürətli inkişafıdır».

15 İLDƏ 110 MİLYARD SƏRMAYƏ

Ölkə başçısı Azərbaycanın bəhrələndiyi xarici sərmayələr barədə də açıqlama verib:

«Son 15 il ərzində qoyulan sərmayələrin ümumi həcmi təqribən 110 milyard dollar təşkil edib. Təkcə keçən il ölkəyə 20 milyard dollar sərmayə yatırılıb ki, bunun da 7 milyardı xarici sərmayələrin payına düşür. Bu da onu göstərir ki, Azərbaycan hələ də xarici şirkətlər üçün cəlbedici ölkədir və bu, təkcə neft və qaz ilə bağlı deyildir. Azərbaycana birbaşa xarici sərmayə axını hər hansı MDB ölkəsindən daha yüksəkdir».

«BİZ SİSTEMİ DƏYİŞİRİK»

Prezident xatırladıb ki, Davos İqtisadi Forumunun reytinqinə əsasən, Azərbaycan iqtisadiyyatın rəqabətədavamlılığına görə 55-ci, MDB-də isə 1-ci yerdə qərarlaşır:

«Ümumiyyətlə, iqtisadiyyatda hazırda rol oynayan nailiyyətlərimizdən biri də şəffaflıqdır. Azərbaycan Beynəlxalq Şəffaflıq Təşəbbüsünə 8 il əvvəl qoşulub və indi həmin təşəbbüsün tam hüquqlu üzvüdür. Biz enerji sektorumuzda tam şəffaflığa nail olmuşuq. İndi biz sistemi dəyişirik. Bu yanaşmanı bütövlükdə maliyyə sistemində tətbiq edirik». /AzərTAc/
XS
SM
MD
LG