Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 04:59

Qazaxıstanda etiraz aksiyası keçirilib [VIDEO]


Yanvarın 28-də Qazaxıstan müxalifəti Almatıda icazəsiz etiraz aksiyası keçirib.

Aksiyaçılar yanvarın 15-də ölkədə keçirilmiş parlament seçkilərinin nəticələrinə etirazlarını bildiriblər. Həbsdə olan müxalifət fəallarının buraxılmasını tələb ediblər.

Aksiyanın sonunda qətnamə qəbul olunub.

Mitinqdə 1000-ə yaxın adamın iştirak etdiyi bildirilir.

Polis qabaqcadan şəhərin mərkəzi meydanına gedən yolları bağlayıb.

Polis səddini yarmaq istəyən bir neçə aksiyaçı saxlanıb.

Az sonra tərəflər aksiyanın yaxınlıqdakı meydanda keçirilməsi barədə razılığa gəliblər.

Şərhləri göstər

XS
SM
MD
LG