Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:04

Çində azı 1 tibetli etirazçı öldürülüb


Çinin cənub-qərbində Aba şəhərində təhlükəsizlik qüvvələrinin nümayişçilərə açdığı atəş nəticəsində azı bir tibetli öldürülüb. Daha bir neçə adam yaralanıb.

Mühacirətdə olan tibetlilərin verdiyi məlumata görə, nümayişçilər tibetli fəalların həbsindən sonra etiraz aksiyalarına çıxıblar. Onlar tibetlilərin hüquqlarını müdafiə olunmasını, Tibetin dini lideri Dalay-lamanın vətənə qayıtmasına şərait yaradılmasını tələb edirmişlər.
XS
SM
MD
LG