Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:04

Mahmud Ahmədinejad yeni sanksiyaları faydasız sayır


Avropa Birliyinin İrana qarşı yeni sanksiyaları faydasızdır.

Bunu İran prezidenti Mahmud Ahmadinejad bildirib.

O cümə axşamı Rəfsəncan şəhərində çıxış edərkən ölkəsinin nüvə proqramıyla bağlı danışıqlara hazır olduğunu bildirib.

Avropa Birliyi bazar ertəsi İrandan neft idxalına embarqo qoyulmasını təsdiqləyib.

Həmçinin Birləşmiş Ştatlar bundan əvvəl İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Beynəlxalq aləm hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.
Tehran ittihamı rədd edir.
XS
SM
MD
LG