Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

Təhrir meydanında minlərlə adam var


Misirin paytaxtındakı Təhrir meydanında minlərlə adam qalıb. Dünən onlar keçmiş prezident Hosni Mubarakin devrilməsinin 1 illiyini qeyd ediblər.

Nümayişçilər bildiriblər ki, gələn cümə gününə qədər meydanı tərk etməyəcəklər. Həmin gün Təhrir meydanında növbəti etiraz aksiyası keçiriləcək.

Nümayişçilər hərbi hakimiyyəti insan haqlarını pozmaqda, həbsləri davam etdirməkdə günahlandırırlar.
XS
SM
MD
LG