Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:09

Boloniya sistemi təhsilin keyfiyyətinə təsir edirmi?


Gürcüsran Tbilisi Dövlət Universitetinin tələbələri
Gürcüsran Tbilisi Dövlət Universitetinin tələbələri
Gürcüstan Boloniya prosesinə 2005-ci ilin may ayında qoşulub. Vahid Avropa təhsil sisteminin yaradılmasını nəzərdə tutan prosesin özü isə 1990-cı ildə başlayıb. Onun qarşısında 6 əsas məqsəd vardı: ali təhsilin keyfiyyətini artırmaq, tələbə mobilliyi yaratmaq, məzunların işlə təminatı. Amma başqa məqsədlər də var.

İlya Universitetinin professoru Simon Caşanianın sözlərinə görə, Avropa müxtəlif parametrlərinə - tədqiqat, işədüzəlmə və s. görə Amerikanın təhsil səviyyəsinə çatmaq istəyirdi. Simon Canaşia qoyulan məqsədlərə çatmaq üçün gərəkli olan mexanizmlərdən danışır:

«Əsas məqsəd vahid kredit sisteminin yaradılmasıdır, yəni Avropa vahid Kredit Transferi sisteminin bazasında dərsləri keçmək idi, bu sistemdə saat sayı təhsilin səviyyəsini müəyyən edir. Bu, bakalavr, magistratura və doktorantura proqramlarını özündə birləşdirən üç mərhələli sistem, qarşılıqlı anlaşmadır. Bunun üçün diplomların və digər sənədləşmələrin standartlaşdırılması lazımdır».

BOLONİYA SİSTEMİ: TƏHSİLDƏ İSLAHATLARIN UĞURU

Amma professor Simon Caşanianın dedikləri məsələnin texniki tərəfidir. Ali təhsilinin keyfiyyətinin artırılması, Avropa Birliyinə aid olmayan ölkələrdə universitet diplomlarının Avropa bazarında da tanınması üçün ilk növbədə təhsilin keyfiyyətinə qiymət verən müstəqil agentlikləri yaradılmalıdır. Belə bir agentlik Gürcüstanda bu yaxınlarda yaradılıb. Bu barədə Simon Canaşia danışır:

«Bu agentlik hökumət tərəfindən yaradılıb və planlaşdırılır ki, zaman keçdikcə hökumətdən asılı olmasın və universitetləri akkreditasiyadan keçirən assosiasiyaları qeydiyyata alsın. Təəssüf ki, ötən il Elm və Təhsil nazirinin birinci müavini bu mərkəzin direktoru təyin edilib və o həm də nazir müavini vəzifəsində qalmağa davam edirdi. Əlbəttə ki, bu, yerli və xarici ekspertlərin gözündə sözügedən mərkəzin əhəmiyyətini azaldır».

İlya Universitetinin professoru Simon Caşania
İlya Universitetinin professoru Simon Caşania
Digər tərəfdən, Simon Canaşia hesab edir ki, təhsil qanunvericiliyində dəyişikliklər və islahatlar aparılması sahəsində Gürcüstan Boloniya prosesinə qoşulmuş uğurlu ölkələrdən biridir. O eyni zamanda bəyan edir ki, qanunvericiliyə edilmiş dəyişikliklər hələ ki təhsilin keyfiyyətinə təsirini göstərməyib.

Tbilisi Dövlət Tibb Universitetinin tələbəsi Solomon Kokolişvilinin dediyinə görə, onun təhsil aldığı universitetdə tələbələr Avropa Universitetlərində təhsilini davam etdirmək kimi bir problemlə üzləşmirlər:

«Bildiyimə görə, bizim tibb universitetinin diplomu Avropada da tanınır. Bəzən alman universitetləri ilə anlaşılmazlıqlar üzə çıxır, çünki alman universiteti bu konvensiyaya qoşulmayıblar. Bu səbəbdən də tələbələr universitetdən universitetə keçəndə magistratura və rezidentura məsələsində çətinliklərlə qarşılaşırlar. Başqa ölkələrlə heç bir problem yoxdur, bizim tələbələr gedirlər ora».

«GÜRCÜSTAN TƏHSİLİ İLƏ HEÇ NƏYƏ NAİL OLMAQ OLMAZ»

Solomondan fərqli olaraq, təhsilini əsasən ABŞ və Avropa ölkələrində almış Quqa Culuxidze təsəvvür edə bilmir ki, Gürcüstan diplomu ilə xaricdə uğurlu nəticə göstərməyə necəsə nail olmaq mümkündür:

«Mən əsasən Avropa və Amerikada təhsil almışam və indi də hazırlaşıram Amerikadan magistratura oxuyum. Mən tamamilə əminəm ki, bu gün Gürcüstan təhsili ilə heç nəyə nail olmaq olmaz. Amma çoxlu islahatlar aparılır, çox işlər görülür və bu da optimizm üçün bir səbəbdir».

Tbilisi Dövlət Universitetinin professoru Marina Çitaşvili
Tbilisi Dövlət Universitetinin professoru Marina Çitaşvili
Gürcüstan Boloniya prosesinə qoşulandan bəri, 2005-ci ildən bu yana Avropa təhsilindəki keyfiyyəti əldə edibmi və müasir elmi nailiyyətlərə çatıbmı? Bu sualla Tbilisi Dövlət Universitetinin professoru Marina Çitaşviliyə üz tutduq:

«Ciddi problemlər mövcuddur. Məsələn, yeni biliklərin generatoru hesab edilən doktorluq dissertasiyalarının demək olar ki heç biri tənqidi əhəmiyyət daşımır. Gürcüstanda müdafiə olunanlardan söhbət gedir. Beynəlxalq jurnallarda çap olunası məqalələrə gəldikdə, xarici nəşriyyatlar tədqiqatın nə dərəcədə keyfiyyətli aparılmasını yoxlayırlar. Bax burda biz axsayırıq. Bu, təbiət elmlərinə aid deyil, bu sahədə hələ ki yüksəkdəyik. Humanitar və ictimai elmlər, hüquqşünaslıq və tibb – bu fənlər problemlidir, çünki bu sahədə nəşrlərimiz yoxdur və ya çox az saydadır».

Tbilisi Dövlət Universitetinin professoru Marina Çitaşviliyə görə, vəziyyətin belə olması təəccüblü deyil, çünki hökumət ali təhsil müəssisələrinin proqramlarını davamlı olaraq maliyyələşdirmir. O nümunə göstərir ki, magistratura proqramlarının maliyyələşdirilməsi 2007-ci ildə başlayıb, amma doktorantura proqramlarına o gündən bəri pul ayrılmır:

«Hər bir Avropa ölkəsi hesab edir ki, ümumdaxili məhsulun 5-7 faizi stabil olaraq elm və təhsil sahəsinə ayrılmalıdır ki, bu da bizim ölkədə yoxdur».

Ümumiyyətlə isə, Marina Çitaşvilinin qiymətləndirməsinə görə, Boloniya prosesi bir forma idi ki, onu məzmunla doldurmaq lazım idi. Bu illər ərzində bu formanın içərisinə nə isə doldurublar, amma o, təhsilin keyfiyyətini artırmağa kömək etməyib.
XS
SM
MD
LG