ABŞ parlamentinin yuxarı palatası – Senat internet piratçılıqla bağlı mübahisəli qanun layihəsinin müzakirəsini təxirə salır. Səbəb qanun layihəsi ilə bağlı maraqlı tərəflərin konsensusa gələ bilməməsidir.
Çərşənbə günü qanun layihəsinə etiraz olaraq Wikipedia pulsuz ensiklopediyası və Google arama motoru müvəqqəti olaraq fəaliyyətlərini dayandırmışdılar. Onlar yeni qanunun internet azadlığına qarşı olduğunu düşünür.
ABŞ-da müəllif hüquqları pozuntusu və piratçılıq cinayətlərinə görə Megaupload yükləmə saytı bağlanıb və 7 nəfər həbs edilib.
Qisas olaraq Anonim adlı hakerlər qrupu Ədliyyə Nazirliyi, Amerika Video Assosiasiyası və Səsyazma Assosiasiyasını saytlarını dağıtdıqlarını bildiriblər.