«İnsan üçün kiçik bir addım, bəşəriyyət üçün böyük bir sıçrayış».
Bu məşhur sözlər 1969-cu ildə ilk dəfə Aya ayaq basmış ABŞ astronavtı Neil Armstrong'a məxsusdur.
Yanvarın 9-da «YouTube»da «Hyuston, problem var!» adlı Sloveniya filminin ayrı-ayrı parçaları yerləşdirilib. Televiziya filminin keçmiş Yuqoslaviyanın məxfi kosmik proqramını ifşa etdiyi iddia olunur. Filmdə marşal Josip Tito'nun kosmik proqramı ABŞ-a satmasından bəhs olunur:
«60-cı illərin sonlarında Mərkəzi Kəşfiyyat İdarəsi müəyyən etdi ki, Yuqoslaviyanın kosmik uçuş texnologiyası var. 1961-ci ilin martında Yuqoslaviya gizli olaraq özünün kosmik planını ABŞ-a satır. 1961-ci ilin mayında isə prezident John Kennedy ABŞ-ın Aya insan yollamaq planını açıqlayır».
«YUQOSLAVİYA ÖZÜNƏ HEÇ TAXIL YIĞA BİLMİRDİ... »
Bu cür iddialar həmin videonu izləyən internet istifadəçiləri arasında böyük ajiotaja səbəb olub. İnternet forum və bloqlarda aparılan müzakirələrdə bəziləri J.Tito'nu alqışlayır, bəziləri isə videodakı iddialara şübhə ilə yanaşır. İstifadəçilərdən biri yazır ki, 1961-ci ildə Yuqoslaviya özünə heç taxıl yığa bilmirdi, o ki qala kosmik plan sata.
ABŞ-ın Milli Aeronavtika və Fəza Administrasiyasının baş tarixçisi Bill Barry deyir ki, videodakı bir çox hadisələr arasında paralellər aparılır. Onun fikrincə, bunların bəziləri baş vermiş ola bilər, bəziləri isə yox.
B.Barry qeyd edir ki, videodakı bir fikir tam həqiqətdir: sloveniyalı mühəndis Herman Potocnik'in 20-ci əsr kosmik nailiyyətlərinə böyük töhfəsi olub. H.Potocnik 1929-cu ildə yazdığı «Kosmosa səyahətin problemi» kitabından az sonra vəfat edib.
B.Barry deyir ki, prezident J.Kennedy’nin Aya insan yollamaq qərarı ən incə detallarına qədər araşdırılıb. Xaricdən, o cümlədən Yuqoslaviyadan texnologiya alınması faktına rastlanmayıb.
505 SAYLI OBYEKT
Balkanlarda isə ekspertlər videoda adıçəkilən, Xorvatiya ilə Bosniyanın sərhədində yerləşən 505 saylı məxfi obyektə diqqət çəkirlər. Filmdə iddia olunur ki, bu obyekt J.Tito'nun dövründə kosmik tədqiqatların aparıldığı mərkəz olub.
Yuqoslaviya ordusunun keçmiş zabiti, aviasiya leytenantı Ivan Prsa bunları deyir:
«Ora çox sirli bir yer idi. Kimsə ora asanlıqla daxil ola bilməzdi. Yerin altında yerləşən Jelyava aeroportunda nə gizlədildiyi ictimaiyyətə bəlli deyildi. Bu faktdır ki, bura 50 təyyarəsi olan böyük aviabaza idi. O, Yuqoslaviyanın hava məkanını qoruyurdu».
«VİDEODAKI İDDİALAR ŞİŞİRDİLİB»
Filmin rejissoru Ziga Virc deyir ki, araşdırmalar tam başa çatmayıb. Bu video yalnız prodüserlər üçün nəzərdə tutulub:
«Niyyətimiz var ki, bütün faktları toplayaq. Hələ çox şeyin təsdiqini tapmalıyıq. Nə isə iddia etməyimiz üçün hələ çox sənədlərə və arxiv materiallarına ehtiyacımız var».
Filmin ssenari müəllifi Bostjan Virc isə filmi real hadisələrə söykənən, lakin faktların dramatikləşdirildiyi bir film kimi təsvir edir.
«Biz başa düşürük ki, videodakı fərziyyə xarakterli iddialar bilərəkdən şişirdilib», - deyə o, bildirib.