Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Evdə işləyən dayələrə hicab qadağası


Fransa Senatı uşaq baxıcılarının da baş örtməsinin qarşısının alınmasını istəyir

Fransada ailələrdə işləyən dayə və uşaq baxıcılarına da baş bağlamaq qadağan edilə bilər. Artıq bu qadağanı özündə ehtiva edən qanun layihəsi Fransa Senatı tərəfindən qəbul edilib.

Əgər layihə Milli Assambleya tərəfindən təsdiqlənərsə, uşaq evlərində, təhsil mərkəzlərində və ümumiyyətlə uşaqlara aid bütün ictimai yerlərdə baxıcılar və köməkçilərə baş bağlamaq qadağan ediləcək. Layihənin mətnində hətta evlərdə uşaq dayələrinə də başını örtməsi qadağası nəzərdə tutulub.

Layihənin tərəfdarı olan solçu senator Françoise Laborde məsələnin bu cür qoyulmasını düzgün hesab edir:

“Valideynlər öz uşaqlarına dini baxımdan neytral adamın qulluq etməsini istəyə bilər”.

Yaşıllar Partiyası bu sənədin əleyhinə səs verib. Senatda sağ qanadı təmsil edən partiya isə səsvermədə bitərəf qalıb. Qanuna qarşı olanların əksəriyyəti qanunun tədricən özəl sferaya müdaxilə etməsindən narahat olduqlarını bildiriblər.
XS
SM
MD
LG