Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 15:26

Çalınır uzaqlarda həyatımın soundtrackı...


Xuraman Hüseynzadə


ŞEİRLƏR


***


Mən ayrılıqların dostuyam, arkadaş...
Sən sevən ürəyinlə mənimlə üz-üzə, göz-gözə
oturma...
Sən də içkiyə qurşanarsan,
özünü
... tərki-dünya olunmuş sanarsan...
Mənim kimi bir qədəh içkidə
boğularsan,
ya da bir siqaret atəşində yanarsan,
yanarsan...


***

Ölüm sevgi kimidir,
Sevgi də ölüm.
Hamı kimi ölməyim,
Sevgidən ölüm...


***


Nə bir gözdə sevinc oldum,
Nə bir gözdən mən yağmıram.
Anamın qarnına sığdım,
İndi dünyaya sığmıram...


***


Tənhayam...
Görmürəm indi açdığım təzə wordu...
Elə bil ki dağılıb
dünyanın ata yurdu,
qırılıb nəsli, köku...
... Dəyməyin həyatımın replayinə,
mən ölmək istəyirəm...
Çalınır uzaqlarda həyatımın soundtrackı...
Öləydim belə kaş ki...
Yalançi sevgilər,
ayrılıq oldu mənə qənim,
Bu qara dünyada
ağ word açdım -
olsun kəfənim...


***


Yenə dərd, yenə qəm,
yenə də içki
gen dünyanı başıma
yenə dar etdi...
Qarşısında dayanıb
yolunu gozlədiyim
pəncərəm
oz bağrını çatladıb
intihar etdi...


***


İllər keçib sevgimizdən

Bu gerçəkdi, güman deyil,
Bir ömürdü, bir an deyil...
Zaman da o zaman deyil,
... İllər keçib sevgimizdən...

İradəsiz olduq deyə,
Ayrılıb döndük özgəyə...
Yol gedir yeni sevgiyə-
İllər keçib sevgimizdən.

Vaxtı deyil, baxtı qına,
Ürəyini bir də sına...
Bağışlasın saflığına-
İllər keçib sevgimizdən...
XS
SM
MD
LG