Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

İslam Partiyasının sədr müavini məhkəmə qarşısındadır


Yanvarın 17-də Sumqayıt şəhər Məhkəməsində Azərbaycan İslam Partiyası sədrinin təşkilati işlər üzrə müavini Arif Qəniyevin məhkəməsinə hazırlıq iclası keçirilib.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Anar Qasımlı məlumat verib.

Məhkəmə baxışı yanvarın 24-nə təyin olunub.

İclasa hakim Zeyqəm Hüseynov sədrlik edir. (Z.Hüseynov Sumqayıt şəhər Məhkəməsinin sədridir).

Arif Qəniyev ötən il avqustun 11-də Sumqayıt şəhərində MTN-nin Sumqayıt şöbəsinin əməkdaşları tərəfindən həbs olunub. Ona qarşı qanunsuz odlu silah və narkotik saxlama ittihamları irəli sürülüb. İttihama görə, silah və narkotik onun avtomobilində tapılıb.

Eyni gündə Bakıda və İsmayıllıda da 2 partiya üzvü tutulmuşdu. Həmin vaxt MTN və Baş Prokurorluq radikal dini qrupun zərərsizləşdirilməsi haqda məlumat yaymışdı. Sonradan hər üçünün işi ayrı-ayrı icraatlarda istintaq olunmuşdu. İstintaq prosesi dekabrın sonunda yekunlaşıb.

Arif Qəniyev ittihamları qəbul etməyib. İttiham təsdiqlənərsə, onu 6 ilədək həbs cəzası gözləyir.
XS
SM
MD
LG