Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:15

Sumqayıtda narkotik düşgünü özünü asıb


Foto arxiv
Foto arxiv
Sumqayıtda intihar hadisəsi baş verib.

Bu barədə APA Sumqayıt şəhər Polis İdarəsinə istinadla xəbər verir.

Hadisə şənbə günü şəhərin 9-cu mikrorayonundakı 74 nömrəli evin 17-ci mənzilində qeydə alınıb.

Bu ünvanda yaşayan, 30 yaşlı İlqar Rəhimov yaşadığı doqquz mərtəbəli binanın damında özünü asıb.

Onun meyitini hadisədən xeyli sonra qonşular aşkarlayıb.

Qəsdin səbəbi barədə dəqiq məlumat olmasa da onun narkotik düşgünü olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG