Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:14

Obama ilə Ərdoğan İran və Suriyadakı vəziyyəti müzakirə ediblər


ABŞ prezidenti Barack Obama ilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan telefonla
Yaxın Şərqdəki vəziyyəti, xüsusilə də Suriya və İranda baş verən son hadisələri müzakirə ediblər.

Liderlər bir daha demokratiya tələb edən Suriya xalqına dəstək bildirib və nümayişçilərə qarşı hərbi cüc tətbiq edən prezident Bashar Assad rejimini ittiham ediblər.

Onlar həmçinin İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət və Tehranın Türkiyəmnin vasitəçiliyi ilə beynəlxalq aləmlə danışıqlara getməsinin mümkünlüyünü müzakirə ediblər.

Cümə günü Suriyada prezidentin istefası tələbilə növbəti kütləvi nümayişlər keçirilib.

Müxalifət fəalları “Azad Suriya ordusu” adlanan silahlı qiyamçıları dəstəklməyə çağırıblar.

BMT martın ortalarından bu yana Suriyada 5 minədək adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG