Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Avropa Birliyi Standard & Poor's agentliyini pisləyib


Avropa Birliyi Standard & Poor's beynəlxalq reytinq agentliyinin bir sıra avrozona ölkələrinin kredit reytinqini aşağı salmasını pisləyib.

Avropa Komissiyasının üzvü Olli Rein qərarın düzgün olmadığı, Avropa Birliyinin borc böhranıyla bağlı qəti tədbirlər gördüyünü deyir.

Agentlik cümə günü bəzi avrozona ölkələrinin kredit reytinqini aşağı salıb.

Analitiklərin diqqəti daha çox Fransanın suveren reytinqinin 1 pillə geriləməsinə yönəlib.

İtaliya,İspaniya, Portuqaliya və Kiprin reytinqləri isə 2 pillə düşüb.

Almaniyanın reytinqi əvvəlki kimi yuxarı səviyyədə qalıb.

Agentlik Avropa Birliyinin tətbiq etdiyi iqtisadi tədbirlərin yetərincə olmadığını deyir.
XS
SM
MD
LG