Keçid linkləri

2025, 18 İyun, çərşənbə, Bakı vaxtı 15:21

Məmurların kart savaşı, Əli İnsanova qarşı senzura...


Foto: Arxiv
Foto: Arxiv
«Azadlıq» qəzeti «Məmurların kart savaşı» yazısını manşetə çıxarıb. Bakı Metropolitenin rəisi Tağı Əhmədov bildirib ki, metro vahid kart sisteminə keçməyəcək. Yazıda Nəqliyyat naziri Ziya Məmmədov da mövqeyi əks edilir. O, deyib ki, vahid kart sisteminə keçiləcəksə, Bakı Metropoliteninin də Nazirliyə tabe etdirilməsi zərurəti yaranacaq.

«Azərbaycan» qəzeti 1994-cü ildən başlayaraq təmir və bərpa olunan ziyarətgahlar, məscidlər haqda yazır. Qeyd olunur ki, Heydər Əliyevin göstərdiyi qayğı və diqqəti İlham Əliyev də davam etdirib.

Bildirilir ki, Azərbaycanda fəaliyyət göstərən 2 minə yaxın məsciddən 117-si son 8 ildə tikilib…

«Bizim Yol» qəzeti sabiq Səhiyyə naziri Əli İnsanovun bütün yazışmalarının senzuradan keçirildiyini yazır. Nazirin öz vəkili ilə təması isə şüşə arxasında və xüsusi telefonla aparılır. Əli İnsanovla görüşən hüquq müdafiəçisi Eynulla Fətullayev qəzetə müsahibəsində bildirib ki, sabiq nazir özünü gümrah hiss edir, səhhəti də çox yaxşıdır. Əli İnsanov əfv üçün müraciət etməyin əleyhinə olduğunu və Avropa Məhkəməsinin onun işi ilə bağlı qərarını gözlədiyini deyib.

«Yeni Müsavat» qəzeti «Ölkənin ən «yağlı tikə»si özəlləşdirilir» adlı yazıda Dövlət Neft Şirkətinin səhmdar cəmiyyətə çevrilməyə hazırlaşmasından bəhs olunur. Yazıda bildirilir ki, Nazirlər Kabinetinin sərəncamına əsasən, son zamanlar Neft Şirkətinin tərkibində olan - səhiyyə, mədəniyyət, rabitə və s. sosial obyektlər şirkətin balansından çıxarılır:

«Qeyri-profil obyektlərin kütləvi şəkildə ARDNŞ-in balansından çıxarılması ARDNŞ-in səhmdar cəmiyyətə çevrilməsinə hesablanıb...».
XS
SM
MD
LG