Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:19

Nazarbayev komendant saatı olan şəhərdə də seçki istəyir


Qazaxıstan prezidenti Nursultan Nazarbaev dekabr ayında etirazların baş verdiyi Janaozen şəhərində parlament seçkilərinin keçirilməməsi qərarı ilə razı deyil. Nazarbaev deyib ki, Konstitusiya Şurasının bu qərarı həmin şəhərdəki vətəndaşların seçmək hüququnu məhdudlaşdırmış olacaq.

Dekabrın 16-da Janaozen və ətrafında aylardır əmək haqlarının qaldırılmasını tələb edən neftçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşma olmuşdu. Toqquşma zamanı 15 nəfər həlak olub və sonradan şəhərdə komendant saatı élan edilib.

Yanvarın 6-da Konstitusiya Şurası Janaozendə parlament seçkilərinin keçirilməməsinə qərar verib.
XS
SM
MD
LG