Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 00:42

Bashar al-Assad xarici qüvvələri ittiham edib


Suriya prezidenti Bashar al-Assad ölkədəki sabitliyin pozulmasında xarici qüvvələri ittiham edib. O, bu gün Dəməşqdə xalqa müraciətində deyib ki, xarici qüvvələrin bu sui-qəsdi uğursuzluğa düçar olur, "heç kim daha aldanmır".

Ərəb Liqasının ötən ay təklif etdiyi, ölkədəki iğtişaşları sona yetirmək planı ilə razılaşdıqdan sonra ilk dəfədir ki, Assad xalqa müraciət edir.

Bashar al-Assad həmçinin Əərb Liqasını da tənqid edib ki, onların vasitəçilik missiyası uğursuzluğa düçar olub.

BMT-nin qiymətləndirməsinə görə, Suriyada baş verən zorakılıqlarda 5 mindən çox adam ölüb.
XS
SM
MD
LG