Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

ABŞ İranın təşəkkürünü müsbət qiymətləndirib


Vaşinqton ABŞ hərbçilərinin 13 iranlı balıqçını azad etməsinə görə Tehranın təşəkkürünü müsbət qiymətləndirib.

Somali dəniz quldurlarının əlində olan balıqçılar bu həftə azad ediliblər.

İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətə görə, son vaxtlar ABŞ-la İran arasında münasibətlər daha da gərginləşib.

Amma buna baxmayaraq Tehran ABŞ-ın bu hərəkətini alqışlayıb.

Ağ evin sözçüsü Tomi Vitor (Tommy Vietor) bildirib ki, ABŞ hərbi dəniz donanmasının Fars körfəzi və regionda iştirakının məqsədlərindən biri dəniz quldurları ilə mübarizə aparmaqdır və bu işdə ABŞ-la İranın mövqeləri eynidir.

Əməliyyat zamanı girovlar arasında itki olmayıb və 15 quldur ələ keçirilib.
XS
SM
MD
LG