Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:45

Suriya hakimiyyəti kəskin tədbirlər görəcəyini deyir


Suriya Dəməşqdə törədilmiş terror aktına görə kəskin tədbirlər görəcəyini xəbərdarlıq edib.
İntiharçının cümə günü paytaxtda törətdiyi partlayış nəticəsində 26 nəfər ölüb, 60-dan çox adam isə yaralanıb.

Daxili işlər naziri İbrahim al Shara hakimiyyətin buna dəmir yumruqla cavab verəcəyini deyir.

İntiharçının şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Suriya müxalifəti bildirib ki, partlayışı xüsusi xidmətin özü törədib və hakimiyyətin göstərdiyi qurbanlar Hama və Dera şəhərlərində öldürülən aksiyaçılardır.

Ərəb Dövlətləri Liqasından olan müşahidəçilər qrupu hazırda Suriyada iş aparır.

Martın ortalarından bu yana Suriyada prezident Bashar al Assadın istefası tələbilə kütləvi aksiyalar keçirilir.

BMT bu müddət ərzində 5 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG