Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Mircea Lucescu yol qəzası keçirdi


Mircea Lucescu (sağda) və "Shakhtar"ın prezidenti Rinat Ahmetov, Donetsk, 13 May 2011
Mircea Lucescu (sağda) və "Shakhtar"ın prezidenti Rinat Ahmetov, Donetsk, 13 May 2011
“Şaxtyor Donetsk”in baş məşqçisi Mircea Lucescu, Rumıniya paytaxtı Buxarestdə yol qəzası keçirdi.

Qəzada rumın mütəxəssis və avtomobildə olan digər bir insane yaralanarkən, avtomobilə ciddi ziyan dəydi.

Məşhur çalışdırıcının 4 qabırğasının qırıq olduğu, aparıldığı xəstəxanada müalicə altına alındığı və həyatına təhlükə olmadığı açıqlanıb.

Qəzanın Buxarestin ən işlək prospektlərindən birində meydana gəldiyi öyrənilərkən, Lucescunun avtomobilinin bir tramvayla toqquşduğu bəyan edilir.
XS
SM
MD
LG