Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 08:31

İraqda törədilmiş partlayışlarda azı 72 adam ölüb


Bu gün İraqda törədilmiş partlayışlarda azı 72 adam ölüb, 100-dən çox adam isə yaralanıb.

İntiharçı özünü Nəsiriyyə şəhəri yaxınlığında Kərbalaya gedən şiə zəvvarları arasında partladıb.

Bundan az əvvəl isə Bağdadın şiə rayonlarında bir neçə partlayışlar törədilib.

Son zamanlar hökumətdəki şiə və sünni fraksiyaları arasında münasibətlər gərginləşdiyinə görə ölkədə terrorların sayı artıb.

Dekabrın sonunda şəhərin şiə məhəllələrində törədilmiş bir neçə partlayışda 70-ə yaxın adam ölüb.
XS
SM
MD
LG